Şahruddin Azərbaycanı tərk edə bilər: Rusiyadan təklif var ÖZƏL!
- 08 Sen 2021 14:00
- 1195
"Qarabağ"ın və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev yayda Azərbaycanı tərk edə bilər.
Etibarlı mənbədən Rekord.az-a daxil olan məlumata görə, qapıçıya rus klublarından ciddi maraq var.
Nəzərə alaq ki, "Şah" özü də Rusiya vətəndaşıdır və Moskva "Dinamo"ndan Azərbayacan gəlib. Onu o vaxt Qusar "Şahdağ"nın baş məşqçisi Kamran Əlibabayev Moskvada kəşf edib Azərbayacan gətirmişdi. Son zamanlar həm "Qarabağ"da, həm də millidə əsas qapıçıya çevirilməsi vətənində ona olan marağı artırıb. Bizə sızan məlumata görə, qapıçı özü də Rusiyada oynamaqda maraqlıdır. Lakin Qurban Qurbanovla məsləhətləşməmiş qərar vermək istəmir.