Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi "Adana Dəmirspor" bu gün Türkiyə Superliqasında 16-cı turun təxirə salınmış oyununa çıxıb.

Rekord.az xəbər verir ki, komanda evdə autsayder "İstanbulspor"la qarşılaşıb. Matçda meydan sahibləri 2:0 hesabda öndə olsa da, yekunda qələbəni əldən verib. Görüş 2:2 hesabı ilə başa çatıb. Şahruddin Məhəmmədəliyev meydana start heyətdə çıxıb və sonadək oynayıb.

“Adana Dəmirspor" hazırda Super Liqanın turnir cədvəlində 29 xalla (19 oyun) 5-ci, "İstanbulspor" isə 6 xalla (19 oyun) sonuncu - 20-cidir.