Şahruddinin komandası səfərdən 1 xalla qayıtdı
- 06 Yan 2024 23:01
- 244
Türkiyə Super Liqasında 19-cu turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyevin komandası “Adana Dəmirspor” da bu gün növbəti matçına çıxıb.
Səfərdə “Başakşəhər”lə qarşılaşan Adana təmsilçisi meydanı 1 xalla tərk edib – 0:0.
Məhəmmədəliyev bu qarşılaşmaya start heyətdə başlayıb və sonadək onayıb.
“Adana Dəmirspor” bu heç-heçədən sonra 28 xalla 7-ci sırada qərarlaşıb.