Türkiyə Super Liqasında 26-cı turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi “Adana Dəmirspor” bu turda səfərdə "Trabzonspor"la qarşılaşıb.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Şahruddin də bu oyunda iştirak edib. Qolkiper start heyətdə meydana çıxıb və sonadək oynayıb. 

“Adana Dəmirspor" hazırda 32 xalla 12-cidir.