Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi "Adana Dəmirspor" bu gün Türkiyə Super Liqasında 20-ci tur oyununa çıxıb.

Rekord.az xəbər verir ki, sözügedən komanda səfərdə "Rizəspor"la qarşılaşıb.

Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Şahruddin Məhəmmədəliyev meydana start heyətdə çıxıb və sonadək oynayıb.

"Adana Dəmirspor" hazırda Super Liqanın turnir cədvəlində 29 xalla 6-cı, "Rizespor" isə 32 xalla 5-ci pillədə qərarlaşıb.