Şahruddinin komandasından darmadağın
- 01 Okt 2023 23:58
- 385
Türkiyə Super Liqasında 7-ci tur oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyevin komandası “Adana Dəmirspor” da bu gün növbəti matçına çıxıb.
Doğma meydanda “Alanyaspor”la qarşılaşan Adana təmsilçisi 4 cavabsız qola sevinib – 4:0.
Məhəmmədəliyev bu qarşılaşmanın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Adana Dəmirspor” bu qələbədən sonra 14 xalla 3-cü sırada qərarlaşıb.