Fransanın “Olimpik” (Lion) klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Liverpul”dan Cerdan Şakirini heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi ilə razılaşmanın detalları açıqlanmayıb.

Şakiri 2018-ci ildən “Liverpul”da çıxış edirdi. Yarımmüdafiəçi İsveçrə yığmasının da üzvüdür.