Salah ÇL-də ən çox qol vuran afrikalı futbolçu oldu
- 03 Okt 2024 16:21
- 121
İngiltərənin "Liverpul" komandasının hücumçusu Məhəmməd Salah UEFA Çempionlar Liqasında ən çox qol vuran afrikalı futbolçu olub.
Rekord.az xəbər verir ki, 32 yaşlı futbolçu bunu turnirin Liqa mərhələsinin II turunda İtaliya təmsilçisi "Boloniya" ilə matçda reallaşdırıb.
Bu, vingerin sözügedən yarışda 45-ci qolu olub. Misirli futbolçu İngiltərənin digər təmsilçisi "Çelsi"nin sabiq futbolçusu Didye Droqbanı geridə qoyub. Fil Dişi Sahilindən olan sabiq hücumçu UEFA Çempionlar Liqasında 44 qol vurmuşdu.
"Liverpul" - "Boloniya" görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.