Misir milli komandasının yeni kapitanı məlum olub.

Rekord.az xəbər verir ki, yığmanın yeni kapitanı “Liverpul”un hücumçusu Məhəmməd Salah seçilib.

Bu barədə Misir millisinin baş məşqçisi Hossam Əl-Bədri “Arab News” nəşrinə açıqlamasında deyib.

Misir yığmasında bundan əvvəl kapitanlıq sarğısını komandanın ən yaşlı futbolçusu daşıyırdı. Salahdan əvvəl kapitan 32 yaşlı Amr əl-Sulayya idi.

Salah Misir yığmasında 69 oyunda 43 qol vurub.