Salah nə yeyir, nə içir?
- 10 Noy 2021 15:45
- 623
Misir millisinin və "Liverpul"un ulduzu Məhəmməd Salah bu dəfə gündəlik qida menyusu ilə diqqət mərkəzinə düşüb.
Rekord.az xəbər verir ki, 29 yaşlı hücumçu adətən səhərlər Paratha adlı hind çörəyi, bir bardaq süd və bir qab meyvə yeyir.
O, nahar yeməyində mərçi şorbası, tərəvəz, çörək, toyuq əti, qatıq kimi qidalar qəbul edir. Salah axşamlar isə şorba, tərəvəz və Misir üsulu ilə hazırlanmış koşari yeyir.
Salah daim fiziki göstgəriciləri, bədən quruluşu ilə gündəmə gəlir.