Salah tonlarla ərzaq payladı
- 19 Apr 2020 13:30
- 781
Koronavirusla mübarizədə fəal iştirakı ilə seçilən İngiltərənin “Liverpul” klubunun futbolçusu Məhəmməd Salah növbəti xeyirxah hərəkəti ilə gündəmə gəlib.
Rekord.az xəbər verir ki, 27 yaşlı hücumçu vətəni Misirdə Basyun şəhəri yaxınlığında yerləşən Naqriq kəndinin sakinlərinə minlərlə ton ərzaq bağışlayıb.
Salahın atası bildirib ki, oğlunun təşəbbüsü ilə kənddə dezinfeksiya işləri aparılıb, insanlara maska paylanılıb.