“Liverpul”un misirli hücumçusu Məhəmməd Salah xeyirxah addımı ilə gündəmə gəlib.

Rekord.az xəbər verir ki, futbolçu Misirin Naqriq şəhərində təcili tibbi yardım mərkəzi tikdirir.

28 yaşlı ulduz mərkəzin inşası üçün 30 min funt-sterlinq bağışlayıb. Tibb mərkəzi ümumilikdə 30 min insana xidmət edə biləcək.

Salah daha əvvəl ölkəsində qızlar məktəbi, idman kompleksi tikdirmişdi.