“Qarabağ”ın futbolçusu Kevin Medina karyerasını İtaliyada davam etdirə bilər.

Rekord.az xəbər verir ki, 28 yaşlı müdafiəçi ilə “Salernitana” klubu maraqlanır.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, A Seriyası təmsilçisinin Medinanı heyətinə qatmaq istədiyi bildirilib.

Medina 2020-ci ilin yayından “Qarabağ”da çıxış edir. Kolumbiyalı müdafiəçinin klubla müqaviləsi 2022-ci ilin yayına qədərdir.

“Salernitana” bu mövsüm A Seriyasında iki turdan sonra 0 xalla 18-ci sıradadır.