“Şalke”də yeni baş məşqçi
- 10 Okt 2023 16:20
- 309
“Şalke"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandaya Karel Herarts baş məşqçilik edəcək. Onunla 2025-ci ilin yayınadək müqavilə imzalanıb. 41 yaşlı mütəxəssis bu vəzifədə sentyabrın 27-də istefaya göndərilən Tomas Raysı əvəzləyib.
Herarts məşqçilik fəaliyyətinə ötən il başlayıb. O, Belçika "Yunion"una baş məşqçilik edib.
"Şalke" 9 turdan sonra 2-ci Bundesliqanın turnir cədvəlində 16-cıdır.