Almaniyanın “Şalke” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Rekord.az xəbər verir ki, Bundesliqa təmsilçisi Manuel Bluma tapşırılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Auqsburq”un sabiq baş məşqçisi kimi tanınan mütəxəssisin son iş yeri Almaniyanın U-18 yığması olub. 41 yaşlı çalışdırıcı ilə 2022-ci il iyunun 30-dək müqavilə imzalanıb.

Qeyd edək ki, 18 oyundur qələbə qazana bilməyən “Şalke” mövsümün ikinci tutundan sonra əvvəlki baş məşqçisi David Vaqneri istefaya göndərmişdi.