
Salyanda "15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş cüdo birinciliyi keçiriləcək
- 2023-06-02 16:00
- 152
Salyan rayonunda "15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş cüdo üzrə azyaşlılar və yeniyetmələr arasında açıq rayon birinciliyi keçiriləcək.
Rekord.az xəbər verir ki, birincilik 3 iyun, saat 11:00-da Salyan Olimpiya İdman Kompleksində baş tutacaq.