Salyan şəhər 20 Yanvar küçəsində yerləşən Dəmiryolçu stadionunda Salyan şəhər bələdiyyəsinin və Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının birgə təşkilatçılığı, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə Salyan şəhidlərinin xatirəsinə həsr olunmuş futbol üzrə turnirin növbəti gününün oyunu keçirilmişdir.

Rekord.az xəbər verir ki, ilk oyun günü "Xıdırlı" "Qızılağac"ı 5:1 hesabı ilə məğlub edib.