Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun və Salyan Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində üzgüçülük idman növü üzrə nümunəvi çıxışlar təşkil olunmuşdur.

Rekord.az xəbər verir ki, Salyan Olimpiya İdman Kompleksinin üzgüçülük hovuzunda təşkil edilən idman tədbirində uşaq və yeniyetmələr iştirak etmişlər.

İdmançılar üzgüçülük idman növü üzrə təcrübəli məşqçi-müəllim Mehriban Feyzullayevanın rəhbərliyi ilə, üzgüçülük məşqləri etmiş, nümunəvi çıxışlar nümayiş etdirmişlər. İdman tədbirinin təşkilində əsas məqsəd uşaq və yeniyetmələr arasında üzgüçülük idman növünə marağın artırılması və sağlam həyat tərzinin təbliğidir.