Mətbuatda “Keşlə”nin “Neftçi”nin sabiq futbolçusu Saman Nəriman Cahanı transferf etmək istəyi haqda məlumatlar getmişdi.

Rekord.az xəbər verir ki, Nəriman “Keşlə”yə gələsi olmayacaq.

Baxmayaraq ki, bu məsələ gündəmdə idi, lakin əldə etdiyimiz son məlumata görə, paytaxt klubu son anda Samandan imtina edib. Onun əvəzinə daha perspektivli və daha cavan olan başqa bir iranlı futbolçunun transferinə qərar verilib. Həmin iranlı isə bu həftə Bakıya gəlməlidir.