Yaxın günlərdə "Keşlə"nin düşərgəsinə iranlı futbolçular təşrif buyurmalıdı. Onların arasında “Neftçi”nin sabiq yarımmüdafiəçisi Saman Nərimancahanın da olduğu deyilir.

Rekord.az xəbər verir ki, "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov məsələyə münasibət bildirib.

41 yaşlı çalışdırıcı "Futbol plus"a açıqlamasında deyilənləri nə təsdiq, nə də təkzib etdi: “Menecerlər tərəfindən bizə iranlı oyunçular təklif olunub. Bugünlərdə baxışa gəlməlidilər. Sınaqdan uğurla keçən olsa, rənglərimizə bağlayacağıq. Saman Nərimancahana gəlincə, belə bir varinat var, ancaq hələ konkretləşməyib”.