"Şamaxı" klubun futbolçuların ötən mövsümlə bağlı maaş borclarını ödəsə də, çempionluq üçün nəzərdə tutulan mükafat hələ də ödənməyib. 

Rekord.az-a açıqlamasında klub rəsmisi Kamran İsmayılov da bunu təsdiqləyib.

Lakin İsmayılov bildirib ki, həmin pul istənilən halda, futbolçulara ödəniləcək: "Dəqiq gün deyə bilmərəm, 3 gün o yan, bu yanı ola bilər. Amma yaxın zamanlarda çempionluq üçün mükafat da futbolçulara ödəniləcək. Komandanı tərk etmiş futbolçular da mükafatlarını alacaqlar".