“Şamaxı” fransalı futbolçu transfer etdi
- 19 İyn 2024 14:20
- 146
“Şamaxı" yeni mövsümün heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Rekord.az xəbər verir ki, bölgə klubu növbəti legioner transferini həyata keçirib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fransalı yarımmüdafiəçi Brahim Konate ilə bir illik müqavilə imzalanıb.
Karyerasına Fransanın “Oser” klubunda başlayan Konate vaxtı ilə Fransa U-20 yığmasının üzvü olub. 28 yaşlı futbolçunun son klubu isə İsrailin “Hapoel Afula” olub.
28 yaşlı futbolçu “Nior”, “Fuenlabrada”, “Rayo Mayadahonda”, “Kauno” klublarında da çıxış edib.
Qeyd edək ki, "Şamaxı" bu yay Adil Nağıyev, Rafael Məhərrəmli, İlkin Muradov, Rauf Rüstəmli, Rüfət Abbasov və Belaydi Pusini də heyətinə cəlb edib.