“Şamaxı” yeni mövsümün heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Rekord.az xəbər verir ki, sözügedən klub yarımmüdafiəçi İlkin Muradovu heyətinə qatıb.

Bu yay “Zirə”dən ayrılmış Muradovla bir illik müqavilə imzalanıb.

“Şamaxı” daha öncə “Səbail”dən ayrılmış Adil Nağıyev və Rafael Məhərrəmli ilə də müqavilə bağlamışdı.