“Şamaxı”nın futbolçusu Bahadur Həziyev yeni mövsümü icarə əsasında “İmişli”də keçirəcək.
Rekord.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Həziyev ötən mövsüm də “Səbail”də icarədə olub.