Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, müzakirələrdən sonra I Divizionun 13-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Şamaxı-2” – “Kəpəz-2” oyununa təcili tibbi yardım maşınının gecikməsinə görə “Şamaxı-2” komandası 160 manat cərimə edilib. Polis nümayəndəsinin iclasa gecikməsinə görə “Şamaxı-2” komandası 40 manat cərimə edilib.

“Zaqatala” – “Turan Tovuz-2” oyununda “Zaqatala”nın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.

“İmişli” – “Sumqayıt-2” oyununda “İmişli”nin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – MOİK matçı xərəkdaşıyanlarla təmin edilmədiyi üçün “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilib.