“Şamaxı” klubu gənc qapıçı Sahib Həsənovla müqaviləni yeniləyib.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qolkiperlə 2 illik müqavilə imzalanıb.

Lakin qapıçı növbəti mövsümü icarə əsasında 1-ci Liqa təmsilçisi “Difai Ağsu”da keçirəcək.