
"Şamaxı" qış transferində hansı futbolçulara təklif göndərəcək?
- 2022-12-09 15:00
- 451
"Şamaxı" qış transfer pəncərəsi dönəmində bahalı transferlər etməyəcək.
Rekord.az-a daxil olan məlumata görə, klubun məşqçlər korpusu ilk növbədə iddialı Premyer Liqa klublarında ehtiyatda qalan potensallı futbolçulara təklif göndərəcək.
Klub onları daha çox icarə qaydasında əldə etməyə çalışacaq. Bundan başqa, I Divizionda xüsusi bacarığı ilə seçilən futbolçular da baxışa dəvət olunacaq.