Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən "Şamaxı" heyətini daha bir futbolçu ilə gücləndirib.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, əyalət təmsilçisi müdafiəçi Adil Nağıyevlə razılığa gəlib.

29 yaşlı oyunçu ilə 1 illik müqvailə bağlanılıb. Daha öncə “Şamaxı”da icarədə olmuş Adilin sonuncu iş yeri “Səbail” olub.