Misli Premyer Liqasının 17-ci turunda bu gün keçirilməli olan "Şamaxı" - "Səbail" oyunu nəzərdə tutulan vaxtdan gec başlayacaq.


Rekord.az xəbər verir ki, buna Şamaxı stadionununda meydançanın qardan təmizlənməsi səbəb olub.


Hazırda meydançada təmizləmə işləri aparıldığından qarşılşamanın start fiti saat 14:20-da çalınacaq.


Daha əvvəl görüşün başlama vaxtı saat 14:00-a təyin olunmuşdu.