Bazar günü Sumqayıtda "Sumqayıt"ın qonağı olacaq "Şamaxı" məşqlərini doğma rayonda davam etdirir.

Rekord.az xəbər verir ki, matç təbii örtüklü meydançada keçiriləcəyi halda, Şamaxı təmsilçis8i süni örtükdə məşqlərini davam etdirməyə məcburdu.

Çünki, başqa meydançası yoxdur. Əldə etdiyimiz məlumata görə, baş məşqçi Ayxan Abbasov oyun öncəsi son məşqini "Mehdi Hüseynzadə"də keçmək istəyir. Bunun üçün komandanın matçdan bir gün öncə Sumqayıta gəlib bu şəhərdə məskunlaşması lazımdı. Bu isə əlavə xərc deməkdi. Hər halda, bununla bağlı rəhbərliklə danışılacaq, maliyyə ayırılsa, "Şamaxı" oyun öncəsi son məşqçini Sumqayıtda edəcək.