Bu gün Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinə yekun vurulub.

Rekord.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.

"Zaqatala" "Şamaxı" ilə, "İmişli" isə "Mingəçevir"lə doğma meydanda münasibətlərini aydınlaşdırıb. Zaqataladakı oyunda qonaq komanda minimal hesabla qalib gəlib. İmişlidə keçirilən qarşılaşmada isə eyniadlı komanda üstün tərəf olub.  

Noyabrın 28-də və 29-da keçirilən oyunlardan sonra "Səbail", "Turan Tovuz", "Sumqayıt", "Araz-Naxçıvan", "Kəpəz", "Qaradağ Lökbatan", "Karvan", "İrəvan" və MOİK 1/8 finala vəsiqə qazanmışdılar.

Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi

30 noyabr

“Zaqatala” – “Şamaxı” 0:1
Qol: Emin Zamanov, 18
Hakimlər: Fərid Hacıyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Mahmud Bağırzadə
Zaqatala OİK stadionu

“İmişli” – “Mingəçevir” 1:0
Qol: Həzrət İsayev, 87-p. 
Hakimlər: Kamran Əliyev, Zöhrab Abbasov, Teymur Teymurov, Murad Səlimov
İmişli şəhər stadionu