AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, bu gün keçirilmiş iclasda aşağıdakı qərarlar qəbul edilib:


“Şamaxı-2” – “Sumqayıt-2” oyununun matçöncəsi iclasında “Şamaxı-2” komandasının nümayəndəsi iştirak etmədiyinə görə “Şamaxı-2” komandası 80 manat cərimə edilib.


“Şamaxı-2” – “Sumqayıt-2” oyununda xərəkdaşıyanlar olmadığına görə “Şamaxı-2” komandası 80 manat cərimə edilib.


“Araz-Naxçıvan-2” – “Kəpəz-2” oyununda topdaşıyanlar olmadığına görə “Araz-Naxçıvan-2” komandası 80 manat cərimə edilib.


“Qarabağ-2” – “Səbail-2” oyununda “Səbail-2” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilib.