Azərbaycan Premyer Liqasına vəsiqə qazanan "Şamaxı" futbolçusu Samir Məhərrəmli ilə yollarını ayırıb.

Rekord.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti yenilənməyib.

Qeyd edək ki, "Şamaxı" daha əvvəl Əkbər Vəliyev, Süleyman Damadayev, Elçin Qasmov, Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı və Fuad Bayramov ilə də yollarını ayırmışdı.