Son turda səfərdə "Qaradağ Lökbatan"ı 3:2 hesabı ilə məğlub edərək ilk pilləyə yüksələn "Şamaxı"nı Premyer Liqadan 1 tur ayırır.

Rekord.az xəbər verir ki, komanda son turda evdə autsayder "Araz Saatlı"nı məğlub etsə, digər oyunların nəticəsindən asılı olmayaraq, Premyer Liqaya vəsiqə qazanacaq.

Böyük ehtimalla Ramiz Məmmədov baş məşqçi postunda qalacaq. Klubun  gələcək strategiyasına gəlincə, bu məsələ çempionat başa çatandan sonra rəhbərlik və AFFA səviyyəsində müzakirə olunacaq. Yalnız bundan sonra məlum olacaq ki, "Şamaxı"ya legioner almağa icazə veriləcək, yoxsa yox.