“Şamaxı” yoxlama oyunu keçirəcək.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ayxan Abbasovun rəhbərlik etdiyi komanda Birinci Liqa təmsilçisi "Zaqatala" ilə qüvvəsini sınyacaq. Görüş avqustun 16-da Şamaxı şəhər stadionunda baş tutacaq.

Azərbaycan Premyer Liqasının 3-cü turunda keçirilməli olan "Şamaxı" - "Qarabağ" görüşü Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının pley-off mərhələsinə daha yaxşı hazırlaşmaq məqsədilə Peşəkar Futbol Liqasına müaciətindən sonra təxirə salınıb.