“Şamaxı”da ayrılıq
- 30 May 2024 19:00
- 174
Azərbaycan Birinci Liqasının qalibi olan "Şamaxı" klubu qapıçısı Əkpər Vəliyevlə yollarını ayırıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı qolkiper yeni mövsüm öncəsi klubdan ayrılan ilk futbolçu olub.
Müqavilə müddəti başa çatan qolkiperlə yeni sözləşmə imzalanmayıb.
"Şamaxı" 2024/2025 mövsümündən etibarən Azərbaycan Premyer Liqasında çıxış edəcək.