Şamaxıda badminton üzrə layihə
- 07 Dek 2022 15:00
- 430
Şamaxıda badminton üzrə “Shuttle Time Azerbaijan 2022” layihəsi həyata keçirilib.
Federasiyadan Rekord.az-a verilən məlumata görə, layihə çərçivəsində 80 məktəbli badmintonla yaxından tanış olmaq şansı qazanıb.
Onlar əvvəlcə badminton haqqında nəzəri biliklər əldə ediblər. Daha sonra əyləncəli badminton məşğələləri ilə yeni bacarıqlara yiyələniblər. Sonda fəal iştirakçılara badminton ləvazimatları hədiyyə olunub.
Qeyd edək ki, layihə Dünya Badminton Federasiyası, Avropa Badminton Konfederasiyası, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə icra olunur. Bu günədək Bakı, Sumqayıt, Qusar, Lənkəran, Gəncə, Naxçıvan, Şamaxı şəhərlərində həyata keçirilən layihə Tovuz və Sabirabad rayonlarında da davam etdiriləcək.