Şamaxıda cüdo üzrə məşğələ
- 11 Mar 2024 18:21
- 252
"İdman hamı üçün" layihəsi çərçivəsində Şamaxı "Kano" Cüdo Klubunda cüdo idman növü üzrə məşğələ təşkil olundu.
Rekord.az xəbər verir ki, tədbirdə yeniyetmələr proqrama qoşularaq, peşəkar məşqçi-müəllim, Şamaxı Olimpiya Mərkəzinin məşqçisi-Vahid Dəmirovun rəhbərliyi altında müxtəlif fəndlər, o cümlədən cüdo idman növü haqqında ətraflı məlumat əldə etdilər.
Qeyd edək ki, təlimin təşkilində məqsəd əhali arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.