Şamaxıda cüdo üzrə ustad dərsləri
- 08 İyl 2024 11:22
- 251
Şamaxı "Şirvan" Güləş Klubunda "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo idman növü üzrə ustad dərsləri təşkil olundu.
Rekord.az xəbər verir ki, tədbirdə yeniyetmələr proqrama qoşularaq, peşəkar məşqçi-müəllim Bəhlul Əliosmanovun rəhbərliyi altında müxtəlif fəndlər, o cümlədən cüdo idman növü haqqında ətraflı məlumat əldə etdilər.
Qeyd edək ki, təlimin təşkilində məqsəd əhali arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.