Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin və Şamaxı Olimpiya Mərkəzinin birgə təşkilatçılığı ilə yeniyetmələr və gənclər arasında üzgüçülüyün azad üsulu ilə idman yarışı keçirilmişdir.

Rekord.az xəbər verir ki, yarışda Şamaxı Olimpiya Mərkəzinin komandası ilə birlikdə Mingəcevir kamandasıda iştirak edirdi.

Yarışı giriş sözü ilə açan Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov idmançıları salamlayaraq, uğurlar arzu etmişdir. Tədbirdə həmçinin Şamaxı Olimpiya Mərkəzinin rəhbərliyi və Şamaxı İdman sektorunun rəhbəri Şahmar Hüseynovda iştirak edirdi.

Yarışda 35 nəfərə yaxın idmançı iştirak etdi. Sonda fərqlənən idmançılar təşkilatçılar tərəfindən diplom və medallar təqdim olundu.