“Şamaxı” daha bir futbolçu ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, ötən mövsümün əvvəlində “Şamaxı”ya qoşulan Əbil Əbilov qış fasiləsində “Difai Ağsu”ya icarəyə verilmişdi. 

İcarə müddəti bitən və müqavilə ilə “Şamaxı”ya məxsus olan müdafiəçi ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.

“Şamaxı” daha öncə Əkpər Vəliyev, Süleyman Damadayev və Elçin Qasmovla da yollarını ayırmışdı.