Şamaxıda "Güləş hamı üçün" məşğələləri keçirilib
- 08 Avq 2023 13:45
- 447
Şamaxı Şəhər Stadionunda Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi Şamaxı rayonu üzrə gənclər və idman sektorunun təşkilatşılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində "Güləş hamı üçün" məşğələləri keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə yeniyetmələr proqrama qoşularaq, peşəkar məşqçi-müəllim Elxan Quliyevin rəhbərliyi altında müxtəlif fəndlər, o cümlədən güləş idman növü haqqında ətraflı məlumat əldə ediblər.
Qeyd edək ki, təlimin təşkilində məqsəd əhali arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.