Şamaxıda "Güləş hamı üçün" məşğələləri
- 22 Dek 2023 18:15
- 231
Şamaxı Şəhər Stadionunda "Heydər Əliyev İli"nə həsr olunmuş "İdman hamı üçün" layihəsi çərçivəsində "Güləş hamı üçün" məşğələləri keçirildi.
Rekord.az xəbər verir ki, tədbirdə yeniyetmələr proqrama qoşularaq, peşəkar məşqçi-müəllim Elxan Quliyevin rəhbərliyi altında müxtəlif fəndlər, o cümlədən güləş idman növü haqqında ətraflı məlumat əldə etdilər.
Qeyd edək ki, təlimin təşkilində məqsəd əhali arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.