Şamaxıda "İdman günü"nə həsr olunmuş voleybol turniri keçirilib
- 04 Mar 2024 14:47
- 269
Şamaxı şəhər 10 saylı tam orta məktəbdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Şamaxı rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə 28 Fevral- 5 Mart 2024-cü il tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən elan olunmuş "İdman Həftəsi" çərçivəsində "5 Mart - Bədən Tərbiyəsi və İdman Günü" nə həsr olunmuş idman tədbiri keçirildi.
Rekord.az xəbər verir ki, tədbirdə şagirdlər proqrama qoşularaq Şamaxı şəhər 10 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi Ziya Şahbazovun rəhbərliyi altında voleybol idman növü haqqında ətraflı məlumat əldə etdilər.
Qeyd edək ki, tədbitin təşkilində məqsəd "5 Mart - Bədən Tərbiyəsi və İdman Günü" qeyd etmək və şagirdlər arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.