Misli Premyer Liqasının 26-cı turu çərçivəsində Şamaxıda keçirilən "Şamaxı" - "Neftçi" qarşılaşmasından sonra insident baş verib. "Rekord.az" xəbər verir ki, stadionda asayişi qoruyan şəxslər - polis nümayəndələri oyunu işıqlandırmaq üçün gələn media nümayəndələrinə peşə fəaliyyətlərini yerinə yetirməyə mane olublar. Qarşılaşmanın final fitindən sonra meydançada baş verənləri müşahidə etmək üçün tamaşaçı sektorunun qarşısında duraraq işini davam etdirən KİV-ə polis nümayəndələri qanunsuz şəkildə müdaxilə ediblər. Onlar jurnalistlərin PFL akkreditasiyaları olmağına, iş başında olduqlarını bildirmələrinə baxmayaraq təzyiqi davam etdirib və açıq şəkildə vəzifə borcunu yerinə yetirməyə imkan verməyib. 

 

Yalnız "Şamaxı"nın mətbuat katibinin hadisə yerinə gələrək polis əməkdaşlarına qaydalara zidd hərəkət etdiklərini bildirdikdən sonra qanunsuz müdaxilə başa çatıb.