"Keşlə" "Şamaxı"ya çevirilsə də, problemlər bitmək bilmir.

Rekord.az-ın əldə etdiyi son məlumata görə, maddi sıxıntılar hələ də davam edir.

Belə ki, komanda "Keşlə" adlanan dönəmdə rəhbərliyin futbolçu və məşqçi heyətinə 2 aylıq borcu var idi. Komanda Şamaxıya çevirildikdən sonra borcun yalnız bir ayı ödənilib. Özü də bu yaxınlarda. Mart ayının maaşı isə hələ də ödənməyib. Nəzərə alaq ki, artıq aprel ayının da maaşının ödənmə vaxtının üstündən 2 həftə vaxt keçir.