"Şamaxı"da maaş qalmaqalı: gedənlərin pulu verilmir
- 14 İyl 2024 12:00
- 319
1 illik fasilədən sonra yenidən Premyer Liqaya qayıdan "Şamaxı"da maaş qalmaqalı yaşanır.
Rekord.az-a daxil olan məlumata görə, futbolçular iki aya yaxındır maaş ala bilmir.
Sonradan isə rəhbərlik qəribə qərar qəbul edib. Belə ki, kimlərlə yeni müqavilə bağlanıb, onlara söz verilib ki, pulları veriləcək. Lakin hansı futbolçularla yollar ayrılacaq, həmin futbolçulara pul verilməyəcək. Hətta onlara deyilib ki, "hara istəyirsiniz. gedin, şikayət edin", İddialara görə, onlara bu sözü birbaşa klubun rəhbər şəxsi Elçin Usub deyib. Hansı ki, özü də hüquqşünasdı.