Yeni mövsümdən Premyer Liqada oynayacaq "Şamaxı"da növbəti ayrılıq baş tutub. 

Rekord.az klubun mətbuat xidmətinə xəbər verir ki, müqaviləsinin müddəti başa çatan İbrahim Aslanlı ilə yollar ayrılıb.

Müdafiəçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

"Şamaxı"da daha əvvəl Əkpər Vəliyev, Süleyman Damadayev, Elçin Qasmov, Əbil Əbilov, Əli Mürsəlovla da yollar ayrılmışdı.