Dünən II liqanın VIII turu çərçivəsində keçirilən "Şahdağ" - "Qusar" matçı maraqlı məqamla yadda qalıb.

Rekord.az xəbər verir ki, "Şahdağ"ın heyətində yer alan Rahid Əmirquliyevlə "Qusar"ın formasını geyinən Ruslan Poladov vaxtı ilə "Xəzər Lənkəran"da çiyin-çiyinə oynayıblar, ölkə kubokunu, "Birlik kuboku"nu qazanıblar. 

Hazırda Rahidin 34, Ruslanın isə 44 yaşı var və hər ikisi peşəkar karyerasını başa vurub.