Şamaxı "Şirvan" Güləş Klubunda Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun və Şamaxı "Şirvan" Güləş Klubunun birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli”nə həsr olunmuş 2010 – 2012-ci il təvəllüdlü yeniyetmələr arasında Sərbəst güləş idman növü üzrə Şamaxı “Şirvan” Güləş Klubunun açıq birinciliyi keçirildi.

Rekord.az xəbər verir ki, Dövlət Himnimizin sədaları altında turnir açıq elan edildikdən sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Çıxışçılar Ulu öndər Heydər Əliyevin idmana qayğısı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan idmanı hər zaman dövlət rəhbərimizin yüksək diqqət və qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyev hələ ötən əsrin 90-cı illərinin sonlarından Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi idman siyasətinin həyata keçirilməsinə yüksək töhfələrini verib. Milli Olimpiya Komitəsinin Prezidenti kimi bu sahədə ictimai fəaliyyəti ilə Azərbaycanda idmanının inkişafında böyük rol oynayıb. Təsadüfi deyil ki, idmançılarımızın ən böyük qələbələri məhz dövlətimizin başçısının bu sahəyə rəhbərliyi illərində qazanılıb. Ölkəmiz son onilliklərdə I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi bir çox mötəbər beynəlxalq idman tədbirlərinə, dünya çempionatlarına ev sahibliyi edib. Bütün bunlar Azərbaycanda idmana kütləvi marağı artırmaqla yanaşı, digər sahələrdə də irəliləyişlərə kömək göstərir.

Rəsmi hissə bitdikdən sonra yarışa start verildi.

10 çəki dərəcəsində 120 nəfər idmançının iştirak etdiyi yarışda qaliblər Şamaxı “Şirvan” Güləş Klubu tərəfindən müvafiq medal və diplomlarla təltif olundular.